Buta Grup Azərbaycan
Vəzifə:
Qrafik Dizaynerİş Haqqında:
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi;
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması;
- Sosial Media hesabları üçün posterlərin hazırlanması;
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir;
- İş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək.
Namizədə Tələblər:
- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator ilə işləmək bacarığı;
- İngilis dili üzrə orta bilik;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu;
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;
- Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və xəyal gücü yüksək;
- Zaman və resursların düzgün idarə olunması bacarığı;
- Indesign proqramı biliyi üstünlükdür.
Qeyd: Formu doldurarkən Portfolio linkinizi əlavə etməyiniz tələb olunur.